Bazar, 05 May

Saakaşvili həbsxanadan PAYLAŞIM ETDİ: "Ürəyim Ukraynadadır"

image

Saakaşvili Gürcüstan həbsxanasından Ukrayna ilə bağlı paylaşım edib.

Xəbər verilir ki, bu barədə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Facebook-da yazıb. Siyasətçi Ukraynanın suverenliyini gürcü həbsxanasından müdafiə etməyə hazır olduğunu bildirib.

“Mən əsirlikdəyəm, Gürcüstanda həbsdəyəm, amma ürəyim Ukraynadadır. Səhhətim pozulub, amma istərdim ki, ukraynalı həmyerlilərim bilsinlər ki, məni əsgərlərimizin qəhrəmanlığı, xalqın birliyi, prezident Zelenskinin liderliyi, bütün dünyanın Ukraynaya dəstəyi və mənim qələbəyə sonsuz inamım mənəvi və fiziki cəhətdən dəstəkləyir”, – deyə Saakaşvili yazıb.

O, əlavə edib ki, Ukraynanın azadlığı uğrunda birbaşa mübarizədə iştirak etmək istəyir.

Saakaşvili 2021-ci il oktyabrın 1-də gizli şəkildə vətəninə qayıdan zaman həbs edilib. Gürcüstanın eks-prezidentinə qarşı bir neçə cinayət işi başlanıb. 2022-ci ildə Gürcüstan hüquq-mühafizə orqanları sərhədi qanunsuz keçmə ilə bağlı iş açıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15